Azərbaycan taekvondoçuları Almaniyada 7 medal qazanıb

Yığmanın heyətində Mehdi Budaqlı (27 kq) çempion tituluna yiyələnib. Aydın Süleymanov (32 kq), Mürşüd Qasımov (39 kq), Tamerlan Yaqubov (29 kq) gümüş, Elmira Bayrak (22 kq), Süleyman Həsənov (26 kq) və Fərdi Quşxani (35 kq) isə bürünc medala sahib olublar.
Azvision.az