Bank hesabından oğurluq edən qadın saxlanılıb

Bank hesabından oğurluq edən qadın saxlanılıb
  24 Sentyabr 2018    Oxunub:1313
DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Sumqayıt sakini olan bir qadın şəhər ərazisindəki bankomatların birində hesabından 440 manatının çıxarılaraq oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Araşdırmalarla onun Təzə Kotec qəsəbə sakini N.Hüseynova olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Bank  





Xəbər lenti