Bərdədə 5 otaqlı ev yanıb

Bərdədə 5 otaqlı ev yanıb
  16 İyun 2017    Oxunub:1198
Bərdə rayonu, Yeni Daşkənd kəndində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bərdə rayonu, Yeni Daşkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 8 m2 sahədə və yaxınlıqdakı digər vətəndaşa məxsus 8,5 ton ot bağlamasının 2,5 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Bərdə   Yanğın  





Xəbər lenti