İrəvanda keşişin tərəfdarları yürüş keçirir - Video
Bundan əvvəl Qalstanyan bildirib ki, sərhədin delimitasiyası və ölkənin təhlükəsizlik sisteminin artırılması ilə bağlı konsepsiyalar bazar gününə qədər hazırlanmalıdır.
Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da İrəvan və Bakının Tavuşdan delimitasiyaya başlamağa razılaşdığı məlum olduqdan sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüş keçirən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb. İstefa tələbi cavabsız qaldıqdan sonra Qalstanyan itaətsizlik aktlarının başladığını elan edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: