Rusiya-Almaniya əlaqələri necə olacaq?

Rusiya-Almaniya əlaqələri necə olacaq?
  08 Fevral 2017    Oxunub:1613
Rusiya və Almaniyanın xarici işlər nazirləri Sergey Lavrov və Ziqmar Qabriel ölkələri arasında gələcək əlaqələri müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ötən gün tərəflər arasında baş tutan telefon danışığı ilə bağlı yaydığı məlumatda bildirilib.

Məlumata görə, nazirlər iki ölkə arasında əlaqələrin hazırki və gələcək vəziyyətini, “Böyük İyirmiliyin” Bonn görüşünü (16-17 fevral), eləcə də Münhen Təhlükəsizlik Konfransını (17-19 fevral) müzakirə ediblər.

Sergey Lavrov alman həmkarını Rusiyaya səfərə dəvət edib. Bundan başqa, nazirlər Minsk-2 paketinin reallaşdırılması üçün “Normand dördlüyü” formatından daha aktiv istifadə edilməsi istiqamətində həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.

Günel Babayeva
AzVision.az


Teqlər:





Xəbər lenti