Ceyhun Bayramov: Birbaşa danışıqlar ən müsbət nəticə verən formatdır

      Ceyhun Bayramov:    Birbaşa danışıqlar ən müsbət nəticə verən formatdır
  14 May 2024    Oxunub:644
Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində iki ölkə arasında birbaşa danışıqlardan istifadə edilməsi ən müsbət nəticə verən formatdır.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borqu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, bunun təsdiqi kimi son altı ayda bir sıra etimad quruculuğu tədbirlərinə nail olunmasını misal kimi göstərmək mümkündür.

“Ən yeni irəliləyişlər sırasında apreldə iki ölkə arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi-diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad olunmasını qeyd edə bilərik”.

C.Bayramov əlavə edib ki, rəsmi Bakı uzun illər ərzində ATƏT-dəki dövlətlərin ədalətli mövqeyini görməyib: “Bundan əlavə, BMT Təhlükəsizlik Şurası və digər təsisatlar da eyni mövqedən çıxış etdilər. Lakin əsas məsələ odur ki, beynəlxalq prinsiplərin bərqərar olması əsasən böyük dövlətlərin fəaliyyəti ilə əlaqədardır”.

O bildirib ki, dünya düzənində hazırda qeyri-müəyyənlik tendensiyası var. İstənilən halda, fundamental prinsiplərə hörmət edilməlidir. Dünya ictimaiyyəti hanısa dövlətlərin maraqlarından ibarət deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti