İan Borq: Sərhədlərin delimitasiyasının başlanması müsbət haldır

      İan Borq:    Sərhədlərin delimitasiyasının başlanması müsbət haldır
  14 May 2024    Oxunub:656
Bu gün ATƏT-in fəaliyyətdə olan səfəri kimi Azərbaycana ilk səfərimdir. Azərbaycanın üzləşdiyi məsələləri Ceyhun Bayramovla müzakirə etdik. Ermənistanla sülh müqaviləsinin imzalanması ATƏT üçün prioritetdir. Sərhədlərin delimitasiyasının başlanması müsbət haldır.
Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq mayın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransı zamanı səsləndirib. O bildirib ki, sülhün alternativi yoxdur.

"ATƏT-in sədri kimi Azərbaycanla Ermənistan arasındakı bütün praqmatik məsələləri dəstəkləyəcəyik. Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik" deyən İan Borq qeyd edib ki, bu gün iqlim təhlükəsizliyi məsələsi əsas prioritetlərdəndir.

AzVision.az


Teqlər:





Xəbər lenti