SENSASİYA: ABŞ Ərdoğan, Merkel, Olland və Netanyahunu gizli dinləyib

SENSASİYA: ABŞ Ərdoğan, Merkel, Olland və Netanyahunu gizli dinləyib
  30 Dekabr 2015    Oxunub:3377
Ağ Evin verdiyi sözə baxmayaraq, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Vaşinqtona yaxın ölkələrdə gizli dinləmələr həyata keçirib.

AzVision.az bu barədə “Wall Street Journal”-a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, dinlənilən liderlər arasında İsrailin baş naziri Binyamin Netanyahu da var. MTA-nın İsrailin İranla bağlı Avropada apardığı danışıqları dinləməsi faktı üzə çıxıb.

2014-cü ilin sonlarında Ağ ev rəsmiləri Netanyahunun İranla razılaşmanı pozmaq istədiyi və bunun üçün heç bir əsas tapmadığına dair məlumatlar toplayıb.

MTA İsrail siyasətçilərinin senatorlar və ABŞ-da yəhudi qrupunun nümayəndələri ilə danışıqlar apardığını aşkar edib.

ABŞ-ın gizli dinlədiyi liderlər arasında Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və digər NATO liderləri də var.

Türkiyənin baş naziri Əhməd Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğan da ABŞ tərəfindən gizli dinlənilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti