120 nəfər məşhur reperi cinsi təcavüzdə ittiham edib: 9 yaşlı uşaq da var

120 nəfər məşhur reperi cinsi təcavüzdə ittiham edib:  9 yaşlı uşaq da var
  02 Oktyabr 2024    Oxunub:2335
Seksual zorakılıq və insan alverində ittiham olunan məşhur amerikalı reper Şon Kombs ləqəbli P.Diddi məhkəmədə yeni ifadələr verib.
"Metro" nəşrinin yaydığı məlumata görə, Hollivudun ən böyük qalmaqallarından birinin yeni təfərrüatları məlum olub.

Nəşr qeyd edib ki, ABŞ-də keçirilən mətbuat konfransı zamanı daha 120 nəfərin reperi cinsi təcavüzdə ittiham etdiyi məlum olub. Vəkil Toni Buzbinin sözlərinə görə, onlar məhkəmədə P.Diddini təkcə zorakı əməllərdə deyil, həm də cinsi təcavüzdə- zorlamada və insanları istismar etməkdə ittiham edərək ifadələr veriblər.
Həmçinin vəkil bildirib ki, zərərçəkmişlərin ən kiçiyinin 9, ən böyüyünün isə 38 yaşı var. Ümumilikdə 25 azyaşlı reperi cinsi istismarda ittiham edərək ona qarşı iddia qaldırıb.
Buzbi qurbanların ifadəsində əks olunan zorakılıq hadisələrinin əksəriyyətinin 2015-ci ildən sonra baş verdiyini söyləyib. Eyni zamanda, 1991-ci ildən Mayami, Los-Anceles və Nyu-Yorkda törədilən cinayət işləri də var.
Tural Tağıyev
AzVision.az



Teqlər: Reper  





Xəbər lenti