Türkiyədən Azərbaycana uçuşlar təxirə salındı

Türkiyədən Azərbaycana uçuşlar təxirə salındı
  30 Dekabr 2015    Oxunub:3224
"Türk Hava Yolları" şirkəti 30-31 dekabr tarixlərinə 142 reysini ləğv edib.
AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar da təxirə salınıb.

Şirkətin yaydığı məlumatda bildirilib ki, uçuşların təxirə salınması hava şəraiti ilə əlaqədardır.

Reyslər haqqında əlavə məlumat almaq üçün sərnişinlərə şirkətin veb saytından istifadə və ya məlumat xidmətinə müraciət etmək tövsiyə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti