Davudoğlu kömək istədi: Putinlə bizi barışdırın

Davudoğlu kömək istədi: Putinlə bizi barışdırın
  30 Dekabr 2015    Oxunub:6428
Türkiyənin baş naziri Əhməd Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçi Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına kömək etməyə çağırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya prezidentinin mətbuat-xidmətinin məlumatında bildirilir. Məlumata görə, Türkiyənin baş naziri Tomislav Nikoliçə siyasi fikir ayrılıqlarının aradan qaldırılmasında yaxından iştirak etməyə çağırıb.

“Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçi Rusiya ilə mübahisədə kömək etməyə çağırıb və Türkiyə tərəfinin bu ölkə ilə normal münasibətlərinin olmasında maraqlı olduğunu bildirib. Prezident Nikoliç bununla məmnuniyyətlə razılaşıb”, deyə ikitərəfli görüşün yekunlarına dair rəsmi məlumatda bildirilir.


Teqlər:  





Xəbər lenti