Pakistanda qanlı terror - 23 ölü, 40 yaralı
Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatına daxil olan “Djamat-ul-Axrar” qruplaşması öz üzərinə götürüb.
Polis nümayəndəsi Sayed Vazir bildirib ki, terrorçu motosikletlə binanın həyətinə daxil olmaq istəyib, lakin qapıçı şübhələndiyindən onu içəri buraxmayıb. Bu zaman terrorçu motosikleti dəmir darvazaya çırpıb və partlayış baş verib.
Hadisə ilə bağlı cinayət işi açılıb.