Əfsanəvi narkobaron öldürüldü
Ekspertlər müəyyən ediblər ki, qətl cəsədlərin tapıldığı yerdə baş verməyib. Öldürülməzdən öncə 4 nəfər işgəncələrə məruz qalıb, sonra isə güllələnərək qətlə yetirilib.
RİA Novostinin məlumatına görə, yerli hakimiyyət nümayəndələri hesab edirlər ki, “Vərəm” ləqəbli narkobaron atışma baş verən ərazidə cinayətkar aləmin nüfuzlu şəxsləri ilə gizli görüş keçirib. Atışmadan sonra narkobaron mühafizəçiləri tərəfindən xilas edilsə də, aldığı güllə yaralarından keçinib.