İrandan Ərdoğanın ittihamlarına cavab

İrandan Ərdoğanın ittihamlarına cavab
  29 Dekabr 2015    Oxunub:3463
İranın Xarici İşlər Nazirliyi Türkiyə prezidenti RəcəbTayyib Ərdoğanın məzhəb ayrıseçkiliyi ilə bağlı ittihamlarına cavab verib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ənsari Ərdoğanın fikirlərinin şəxsi siyasi hədəflərlə bağlı olduğunu qeyd edib.

Nazirlik rəsmisi Hüseyn Cabir Ənsari Türkiyə rəhbərliyində İrana qarşı bu cür ifadələrin ilk dəfə işlənmədiyini qeyd edib.

“Bölgədəki mövcud anlaşılmazlıqları şəxsi hədəflər zəmnində istifadə edirlər. Biz digərlərinin nə danışdığına görə məsuliyyət daşımırıq və Suriya məsələsindəki siyasətimiz açıq və aydındır. İranın Suriya ilə bağlı siyasəti iki prinsipə əsaslanır. Bunlar –Suriya xalqının gələcəyini özü təyin etməsi, terror və zorakılıq yolu ilə siyasi hədəflərə nail olmasıdır”.

Prezident Ərdoğan Suriyadakı atışmalarla bağlı çıxışında İranı məzhəb ayrıseçkiliyində ittiham etmiş və “İran məzhəbçilik qayəsi ilə Əsədin arxasında durmasaydı, bəlkə bu gün Suriya deyə bir məsələni danışa bilərdik” deyə bildirmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti