Əliyev Nazarbayevə zəng etdi

Əliyev Nazarbayevə zəng etdi
  29 Dekabr 2015    Oxunub:2451
Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevə zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytı xəbər yayıb.

“Azərbaycan prezidenti Nursultan Nazarbayevi qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib. Söhbət zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti