Baş nazirin müavini özünü güllələdi - Video

Baş nazirin müavini özünü güllələdi - Video
  29 Dekabr 2015    Oxunub:3798
Rusiyanın baş naziri Dmitri Medvedyevin müavini Dmitri Roqozin özünü güllələyib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə təlim atışı zamanı baş verib. Belə ki, Dmitri Roqozin tirdə atışda iştirak edən zaman təsadüfən ayağına atəş açıb.

Bu barədə məlumat verən mənbə bildirib ki, baş nazirin müavini hazırda Moskva xəstəxanalarından birindədir və həyatı təhlükəsi yoxdur.

Qeyd edək ki, D.Roqozin ötən həftə prezidentin hökumət üzvləri ilə keçirilən görüşünə və Nazirlər Kabinetinin dekabrın 28-də baş tutan iclasına gəlməyib.




Teqlər:  





Xəbər lenti