Rusiyada axtarışda olan azərbaycanlı tutuldu

Rusiyada axtarışda olan azərbaycanlı tutuldu
  29 Dekabr 2015    Oxunub:1819
Rusiyada federal axtarışda olan 35 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmyerlimiz Smolensk vilayətində dövlət sərhədlərini keçən zaman bir sıra ağır və xüsusi ağır cinayətlər törətdiyinə görə federal axtarışa verilib.

Azərbaycanlı Rusiya Federasiyasının ərazisinə qatarla keçməyə çalışıb, bu zaman saxta sənədlərdən istifadə etməyə çalışıb.

Saxta sənədlərdən istifadə faktı üzrə materiallar Smolensk vağzalının polis şöbəsinə ötürülüb. Cinayətkarın özü isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti