İrəvanda qarşıdurma: etirazlar davam edir
Aksiyada, eyni zamanda, "Qalx, Ermənistan" təşəbbüs qrupunun üzvləri də iştirak edib. Qrupun nümayəndəsi Qaqik Eqiazaryan bildirib ki, aksiya iştirakçıları Spendyaryan adına akademik opera və balet teartının üzərinə "Yeni Ermənistan" şüarı yazılmış plakatı yapışdırmağa çalışıblar. Lakin teatrın əməkdaşları binanın tarixi-mədəniyyət abidəsi olduğunu əsas gətirərək buna icazə verməyiblər.
Yeni Ermənistan hərəkatı bir müddət əvvəl ölkədə keçirilən konstitusiya islahatlarına dair referendumun saxtalaşdırıldığını iddia edir. (Ans)
Teqlər: