İŞİD döyüşdən qaçan 30 nəfəri edam etdi

İŞİD döyüşdən qaçan 30 nəfəri edam etdi
  29 Dekabr 2015    Oxunub:1750
İŞİD terror qruplaşmasının döyüşçüləri 16 yaşa qədər olan 30 suriyalı gənci İraqın Ramadi şəhərində gedən döyüşlərə qatılmaqdan imtina etdikləri üçün edam edib.
Bu barədə TASS “Əs-Sumariyə” telakanalına istinadən məlumat verib.

İraqın Nayvan vilayətinin nümayəndəsinin sözlərinə görə, gənclər terrorçuların onlar üçün müəyyənləşdirdiyi postları tərk edərək qaçıblar.

Yaraqlılar gəncləri fərarilikdə ittiham edərək Mosul şəhərinə gətirib və burada Əl-Kiyara meydanında edam ediblər.


Teqlər:





Xəbər lenti