İŞİD lideri həbs edildi - Xüsusi əməliyyat

İŞİD lideri həbs edildi - Xüsusi əməliyyat
  28 Dekabr 2015    Oxunub:3711
İŞİD terrorçu qruplaşmasının liderlərindən biri olan Abu Ömər əş-Şişanini sağ tutulub.
AzVision.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Abu Ömər əş-Şişanini ABŞ-ın xüsusi təyinatlı hərbçiləri ələ keçirib.

İraqın Kərkük vilayətində xüsusi təyinatlılar tərəfindən keçirilən əməliyyat zamanı həmçinin İŞİD-in iki səhra komandiri saxlanılıb. Onlar İraqın şimal-şərqindəki Süleymaniyə şəhərinə aparılıb.

Qeyd edək ki, əsl adı Tarxan Batiraşvili olan 29 yaşlı əş-Şişani Gürcüstanın Pankisi dərəsində anadan olub. Bu ilin yayında önun öldürüldüyü barədə xəbər yayılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti