Rusiyada iki nəfəri öldürən azərbaycanlı tutuldu

Rusiyada iki nəfəri öldürən azərbaycanlı tutuldu
  27 Dekabr 2015    Oxunub:1958
Rusiyanın Smolensk vilayətində 2011-ci ildə Moskvada iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.
Şübhəli şəxs polis əməkdaşları tərəfindən dekabrın 26-da Rudnya şəhərinin dəmir yolu stansiyasında saxlanılıb. Mənbənin məlumatına görə, hazırda 29 yaşlı gənc həbs olunub.

İstintaqın fərziyyəsinə görə, saxlanılan şəxs 6 oktyabr 2011-ci il tarixində Varşava şosesində yerləşən "Moskva" kafesində üç tanışını odlu silah ilə güllələyib. Onların hamısı yaralanıb, sonradan ikisi xəstəxanada keçinib.


Teqlər:





Xəbər lenti