Kadırov azərbaycanlı döyüşçüyə maşın bağışladı
"Qroznaya bitva - 13” adlı döyüş çərçivəsində Zabit Səmədov polşalı Pol Slovinski ilə qarşılaşıb. Bu rəqibi ilə ilk dəfə 8 il öncə - 2007-ci ilin iyununda Amsterdamda qarşılaşmış azərbaycanlı idmançı o zaman elə ilk raundda nokauta düşərək məğlub olmuşdu.
Bu dəfə isə əksinə olub. Çeçenistanın "Axmat” klubunu təmsil edən Zabir 5 raundun sonunda qələbəni bayram edib.
Çeçenistan dövlət başçısı Ramzan Kadırov isə Zabit Səmədovu Pol Slavinski üzərindəki qələbə münasibətilə təbrik edib və ona “Mercedes” markalı avtomobil hədiyyə edib.
Teqlər: