Amerika polisi beş uşaq anasını güllələdi

Amerika polisi beş uşaq anasını güllələdi
  27 Dekabr 2015    Oxunub:3829
Çikaqoda polis şübhəli şəxsi saxlamağa cəhd edərkən, onun qonşusunu da güllələyib. Nəticədə Betti Cons adlı qaradərili qadın həlak olub.

AzVision.az CBS-ə istinadən xəbər verir ki, öldürülən qadın beş uşaq anası imiş.

Polislər onun qonşuluğunda yaşayan şəxsi saxlamaq üçün gəliblərmiş. 19 yaşlı ruhi xəstə Kuintino Leqirin atası polisə zəng vuraraq bildirib ki, oğlu beysbol dəyənəyilə onu hədələyir. Çağırışa gələn polislər həm oğlanı, həm də təsadüfən qonşu qadını güllələyiblər. Nəticədə ikisi də həlak olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti