Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
Tədbirdə baş konsul Rəşad İsmayılov, prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbrikini iştirakçıların diqqətinə çatdırıb. Baş konsul bu bayramın tarixçəsi haqqında məlumat verib.
Baş konsul prezident İlham Əliyevin noyabr ayında Gürcüstana səfəri zamanı Marneuli rayonunda “Çay evi” tədris mərkəzində azərbaycanlı soydaşlarımızla görüşünü tədbir iştirakcılarına xatırladıb və dövlət başcısının Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün Gürcüstanda yaşayan azərbaycanlıların bu işdə böyük rol oynadığını vurğulayıb.
Tədbirdə cıxış edən Acarıstan Muxtar Respublikasının Hökumətinin Ali Sovetinin sədri Aftandil Beridze öz nitqində azərbaycanlıların arasında olmaqdan və onlarla bir yerdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməkdən şad olduğunu bildirib. Gürcülərin Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan sədr qeyd edib ki, Acarıstanın, özəlliklə də Batuminin tarixinə nəzər yetirilsə, xalqların qədimdən dost olduğu, şəhərlərin və regionların çoxəsrlik dostluq tarixinin olduğu asanlıqla anlaşılar.
Tədbirdə, həmçinin Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi çıxış edib.
Tədbir bədii proqram və ziyafətlə yekunlaşıb.
Teqlər: