İŞİD 837 qadını edam edib

İŞİD 837 qadını edam edib
  27 Dekabr 2015    Oxunub:2091
İŞİD terror təşkilatının döyüşçüləri İraqın Mosul şəhərini ələ keçirdiyi 2014-cü ilin iyun ayından bəri 837 qadını edam edib.
Bu barədə DPA agentliyi xəbər yayıb.

Ninova vilayətinin polis generalı Zanuna əl-Sabavinin sözlərinə görə, qadınların əksəriyyəti İŞİD-in təsis etdiyi şəriət məhkəməsi tərəfindən verilən hökmlərdən sonra güllələnib.

Qeyd edək ki, İraqın ikinci böyük şəhəri və Ninova vilayətinin inzibati mərkəzi olan Mosul 10 iyun 2014-cü ildə İŞİD-in əlinə keçib. Dekabrın 25-də İraqın baş naziri Haydar əl-Abadi Ramadi şəhərinin İŞİD-dən təmizlənməsindən sonra Mosulu azad edəcəyinə söz verib.


Teqlər:





Xəbər lenti