2015-ci ildə ABŞ-da 13 min insan qətlə yetirilib

2015-ci ildə ABŞ-da 13 min insan qətlə yetirilib
  27 Dekabr 2015    Oxunub:2361
2015-ci ildə ABŞ-da 51 mindən çox silahlı hücum hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 13 minədək insan ölüb və 26 min nəfər isə yaralanıb. Həmin hücumlar zamanı 17 yaşadək 281 nəfər həlak olub, 2 min 989 nəfər isə yaralanıb.
Ötən dövrdə polis 4 min 256 silahlı hücuma müdaxilə edib və bunun nəticəsində 864 nəfərə atəş açıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qeyri-kommersiya təşkilatı olan “Gun Violence Archive”in məlumatında deyilir. Qurum 2013-ci ildən bu vaxtadək ABŞ-da törədilən silahlı hücumların federal təşkilatlardan əldə etdiyi məlumatlar əsasında statistikasını aparır. Təşkilatın məlumatın görə, 2014-cü ildə ABŞ-da 51 min 775 silahlı hücum törədilib, bu hadisələrdə 12 min 574 nəfər ölüb, 23 min 38-i isə yaralanıb.


Teqlər:





Xəbər lenti