Axıska türkləri Rusiya zülmündən xilas oldu

Axıska türkləri Rusiya zülmündən xilas oldu
  26 Dekabr 2015    Oxunub:2632
Rusiyanın Ukraynanın şərqində apardığı hərbi əməliyyatlara görə buranı tərk edən Axıska türkləri Türkiyənin Ərzincan şəhərinə köçüb.
Ailələrin Ərzincana gətirilməsi ilə bağlı təşkilatçılığı Türkiyənin Baş Nazirliyi həyata keçirib. Təlimat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən verilib. İşlərin gedişinə Baş nazir Əhməd Davudoğlu nəzarət edib.

Axıska türklərinin Ukraynadan gətirilməsində Dünya Axıska Türkləri Təşkilatı, Türkiyənin Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsi, Türkiyənin Kiyevdəki səfirliyi və Ukraynanın rəsmi orqanlarının da təşkilatçılığı olub.

164 nəfərdən ibarət 45 ailə Ukraynadan Ərzincana şəxsi təyyarə gətirilib. Baş nazir müavini Yalçın Akdoğan Ukraynadan Ərzincana gətirilən ilk ailələr üçün Ərzincan hava limanında mərasim təşkil edilib.


Teqlər:





Xəbər lenti