Nazarbayev qohumlarını hakimiyyətə gətirir

Nazarbayev qohumlarını hakimiyyətə gətirir
  26 Dekabr 2015    Oxunub:3275
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə rəhbərliyində kadr dəyişikliyi həyata keçirib.
AzVision.az bu barədə Qazaxıstan KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, ölkənin Milli Təhlükəsizlik Komitəsi sədrinin 1-ci müavini postuna prezidentin qardaşı oğlu Abiş Səməd Nazarbayev gətirilib. Daha əvvəl qurumda müavin funksiyasını icra edən Vladimir Jumakanov isə komitənin yeni sədri olub.

37 yaşlı Abiş Səməd Nazarbayev Qazaxıstan və Rusiyada kəşfiyyat akademiyalarını bitirib. Son vaxtlar isə Milli Təhlükəsizlik Komitəsinin Astana şəhəri üzrə idarəsinin rəisi çalışıb.

Nazarbayevin qardaşı oğlu general-mayor rütbəsi daşıyır.

Qeyd edək ki, Nazarbayevin qızı Dariqa Nazarbayeva baş nazirin müavini təyin edilmişdi.

Xatırladaq ki, daha əvvəl Qazaxıstan KİV-i Abiş Səməd prezidenti Nursultan Nazarbayevin varisi olmasına dair çoxsaylı məlumatlar dərc etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti