İki nazir işdən çıxarılır – Ermənistanda

İki nazir işdən çıxarılır – Ermənistanda
  26 Dekabr 2015    Oxunub:3085
Gələn ilin yanvar ayında Ermənistan hökumətinin tərkibində dəyişiklik ediləcək.
AzVision.az Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, iki nazirin vəzifəsindən uzaqlaşdırlacağı gözlənilir.

“Hakimiyyətə yaxın olan mənbələrimiz qeyd edir ki, artıq yanvar ayının ortalarında hökumətin heyətində dəyişikliklər baş verə bilər. Mədəniyyət naziri Asmik Poqosyan və iqtisadiyyat naziri Karen Çşmarityan istefaya göndəriləcək”, - deyə qəzet yazır.

Mənbəyə əsasən Armavir, Araqaçot və Şirak vilayətlərinin qubernatorlarının da dəyişdiriləcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti