"Moskva, Bakı və İrəvan arasında üçtərəfli sazişlər hələ də qüvvədədir" - Rusiya XİN

 "Moskva, Bakı və İrəvan arasında üçtərəfli sazişlər hələ də qüvvədədir" -  Rusiya XİN
  14 Dekabr 2023    Oxunub:1236
Moskva, İrəvan və Bakı arasında bölgədəki vəziyyətin nizamlanmasına dair üçtərəfli sazişlər toplusu qüvvədə qalır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini şərh edərkən deyib. O qeyd edib ki, bu fonda bəzi erməni siyasətçiləri üçtrəfli razılaşmaların “effektiv olmamasına” görə Moskvaya iddialar irəli sürməyə çalışırlar.

Nazirlik nümayəndəsi vurğulayıb ki, söhbət ən yüksək səviyyədə olan razılaşmalardan gedir. Üstəlik, sonuncu razılaşma 2020-ci ildən 2022-ci ilə qədər olan dövrdə müxtəlif vaxtlarda nail olunub.

“Biz bu məsələlərin aydınlaşdırılmasını zəruri hesab edirik. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatlarından ibarət üçtərəfli sazişlər toplusu Bakı ilə İrəvan arasında barışıq üçün alternativ olmayan “yol xəritəsi”dir. Bu sazişlər qüvvədə qalır, tərəflərdən heç bir tərəf imzasını geri götürməyib”, - Zaxarova vurğulayıb.

O əlavə edib ki, müvafiq sazişlər nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır.

Bundan əlavə, tərəflər iki respublika arasında sərhədin delimitasiyası üçün birgə tədbirlər görməyə, ekspertlər və ictimaiyyət nümayəndələri vasitəsilə dialoqu inkişaf etdirməyə razılaşıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti