İstehlak bazarı 5 %-dən çox böyüyüb

İstehlak bazarı 5 %-dən çox böyüyüb
  20 Mart 2025    Oxunub:553
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 11,8 milyard manat təşkil edib.
AzVision.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 % çoxdur.

12 aylıq dövriyyənin 78,2 %-ni pərakəndə ticarət, 18,6 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 5 % artaraq 11,3 milyard manata çatıb ki, onun da 45,5 %-i və yaxud 5,1 milyard manatı (2,8 % çox) fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə dövlət mülkiyyəti üzrə təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 10,6 % artaraq 513 milyon manata çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti