DSX generalları bayramda şəhidlərin ailələrini ziyarət edib I FOTO

DSX generalları bayramda şəhidlərin ailələrini ziyarət edib    I FOTO
  20 Mart 2025    Oxunub:573
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Novruz bayramı ərəfəsində vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrini ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Görüşlər zamanı şəhid ailələrinin və müharibə əlillərinin sosial təminat məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanmış, onların rifah halının yaxşılaşdırılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görüldüyü bildirilib.

Şəhid ailələrinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin bayram təbriki çatdırılmış, qayğıları öyrənilmiş və ailələrə bayram sovqatları təqdim edilib.

Şəhid ailələri göstərilən diqqətə görə ölkə rəhbərliyinə və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, belə ziyarətlərin onlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd ediblər.

AzVision.az

Qalereya




Teqlər: Şəhid   DSX  





Xəbər lenti