Avropa İttifaqı Orbana müqavimət göstərə bilmir

 Avropa İttifaqı Orbana müqavimət göstərə bilmir
  20 Mart 2025    Oxunub:582
Avropa İttifaqı Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna məsələsində mövqeyinə müqavimət göstərməkdə çətinlik çəkəcək.
Bu barədə Avropanın Politico nəşri yazıb. Nəşr bildirib ki, Orban açıq şəkildə qurumun xarici siyasətinə və Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə qarşı çıxır. Lakin Avropa İttifaqının Macarıstanın baş nazirinə hansısa formada müqavimət göstərmək şansı azdır və Aİ mexanizmləri bu məsələdə səmərəsizdir və problemin yalnız qismən həllini təklif edir.

Bundan əvvəl təşkilatın yüksək rütbəli şəxsi Brüsseldə jurnalistlərə bildirib ki, 20-21 martda keçiriləcək sammitə hazırlanan Ukrayna üzrə yekun sənədin mətni ilə bağlı Macarıstanla Aİ-nin digər üzvləri arasında fikir ayrılıqları qalmaqdadır. Bununla bağlı o, Ukrayna ilə bağlı bəyanatın əvvəlki iclasda olduğu kimi, Macarıstanın iştirakı olmadan yenidən 26 ölkə tərəfindən təsdiqlənəcəyini istisna etməyib.

AzVision.az


Teqlər: Avropa   Orban  





Xəbər lenti