Zaxarova: "Rusiya Qərbdən fərqli olaraq Ermənistana sülh və sabitlik gətirmək istəyir"

      Zaxarova:    "Rusiya Qərbdən fərqli olaraq Ermənistana sülh və sabitlik gətirmək istəyir"
  14 Dekabr 2023    Oxunub:839
Qərb Rusiya Federasiyasından fərqli olaraq Ermənistana sülh və sabitlik gətirməyə çalışmır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“ABŞ və Avropa İttifaqı Rusiyadan fərqli olaraq Ermənistana və Cənubi Qafqazın digər dövlətlərinə sülh və sabitlik gətirməyə çalışmırlar, onların vəzifəsi tamam başqadır – bizi və digər regional oyunçuları sıxışdırıb çıxarmaq, Balkanlar, Yaxın Şərq və Ukraynanın ardınca yeni gərginlik mənbəyi yaratmaqdır ”, - Zaxarova bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti