Həsənzadə: Urmiya gölü bərpa edilməsə, bütün ölkə fəlakətə sürüklənəcək

      Həsənzadə:    Urmiya gölü bərpa edilməsə, bütün ölkə fəlakətə sürüklənəcək
  14 Dekabr 2023    Oxunub:939
Urmiya gölünün bərpası qərargahının Xalq komitəsinin keçmiş rəhbəri Məhəmməd Hüseyn Həsənzadə ekoloji fəlakətin təsəvvür olunduğundan daha böyük faciələrə yol açacağı barədə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, Həsənzadə ekoloji problemlə bağlı qatıldığı dəyirmi masada Urmiya gölünün bərpa edilməyəcəyi təqdirdə yalnız Azərbaycan əyalətlərinin deyil, bütün İranın bu ekoloji böhrana görə qaranlığa sürüklənəcəyini bildirib.

Problemin həllinə mane olan bütün bəhanələri əsassız adlandıran ekoloq, gölün bərpasını təmin etmək üçün bir sıra kənd təsərrüfatı layihələrinin dayandırılmasının vacibliyini vurğulayıb.

Həsənzadə bölgədə sənayenin inkişaf etdirilməməsini və bölgə sakinlərinin həyatının yalnız əkinçilikdən asılı olmasını böyük səhv limi qiymətləndirib. O, bunun ekoloji problemin meydana gəlməsində əhəmiyyətli rol oynadığını qeyd edib.
AzVision.az


Teqlər: İran   Urmiya  





Xəbər lenti