Azərbaycan Ermənistanın sülh sazişi ilə bağlı təkliflərinə cavab hazırlayır

 Azərbaycan Ermənistanın sülh sazişi ilə bağlı təkliflərinə cavab hazırlayır
  14 Dekabr 2023    Oxunub:969
"Münaqişədən sonra Ermənistanla əlaqələrinin normallaşmasında tarixi fürsət var".
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib. Onun szlərinə görə, region ölkələri arasında münasibətlər qurulmalıdır: "Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq və belə olan təqdirdə müsbət nəticələr əldə etmək real görünür”, - nazir qeyd edib.

"Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır"-deyən nazir bildirib ki, yaxın zamanlarda onlar qarşı tərəfə təqdim ediləcək.

Nazir həmçinin Azərbaycan-Türkiyə müttəfiqliyinin bölgədə sabitliyin qorunmasının əsas faktoru olduğunu deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti