Azərbaycanlı əsgərlər Ermənistan MTX-ya verilib

   Azərbaycanlı əsgərlər  Ermənistan MTX-ya verilib
  14 Aprel 2023    Oxunub:1808
Ermənistan polisisi Qafanda saxlanılan Azərbaycanın iki əsgərini Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verib. Bu barədə Sputnik Ermənistan-a ölkə polisinin mətbuat xidmətindən məlumat verilib.
Eyni zamanda, hüquq-mühafizə strukturunda digər təfərrüatlar barədə məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti