Polşalı nazir: "Qoşunlarımızı Ukraynada təsəvvür edə bilmirəm"

   Polşalı nazir:    "Qoşunlarımızı Ukraynada təsəvvür edə bilmirəm"
  04 Fevral 2025    Oxunub:259
Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış diqqət çəkən açıqlamalar verib.
O, Polsat telekanalına açıqlamasında deyib ki, təmsil etdiyi ölkənin qoşunlarının nə vaxtsa Ukrayna ərazisində olacağını təsəvvür edə bilməz.

Duda “Şimal axın”larını sökməyə çağırıb
"Belə bir ssenarini təsəvvür etmək çətindir, biz buna hazırlaşmırıq",- nazir junalistin Polşa qoşunlarının Ukraynaya sülhməramlı kimi göndərilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.

Onun fikrincə, Ukraynada sülhün ən yaxşı təminatı Avropa və Amerika şirkətlərinin investisiyaları olacaq.

“ABŞ prezidenti Donald Trampın administrasiyası müxtəlif növ təbii sərvətlərdən danışarkən müəyyən mənada bu ruhda hərəkət etmiş oldu”,- Kosinyak-Kamış izah edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   Ukrayna  





Xəbər lenti