Niderlandın parlament binasında saxta bomba həyacanı

   Niderlandın parlament binasında saxta bomba həyacanı
  13 Aprel 2023    Oxunub:1256
Niderlandın Haaqa şəhərindəki parlament binası bomba təhlükəsi səbəbindən boşaldılıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, anti-islam siyasətçisi Qiirt Vaylders təxliyənin səbəbinin ona göndərilən saxta bomba olduğunu deyib. Belə ki, paketin içərisində oyuncaq ayı və bəzi naqillər tapılıb. Nümayəndələr Palatasının sözçüsü hadisə ilə bağlı şərh verməkdən imtina edib. Nümayəndələr Palatasına bəzi girişlər polis tərəfindən bağlanıb.

Əvvəllər Nümayəndələr Palatasında və ya onun ətrafında tez-tez şübhəli bağlamalara rast gəlinirdi, lakin bu bağlamaların heç biri bombalanmamışdı.

Digər tərəfdən, rəsmilər şübhəli bağlamanın Nümayəndələr Palatasının birinci mərtəbəsində tapıldığını bildiriblər. Deputatlar və orada olan digər şəxslər əsas zaldan yola salınıb.

Binada aparılan araşdırmasından sonra xəbərin əsassız olduğu üzə çıxıb.

AzVision.az



Teqlər:





Xəbər lenti