Polşa MiQ-29 qırıcılarını Ukraynaya verməyə razılıq alıb - KİV

 Polşa MiQ-29 qırıcılarını Ukraynaya verməyə razılıq alıb -    KİV
  13 Aprel 2023    Oxunub:1301
Almaniya hökuməti Polşaya Varşavanın keçmiş ADR ehtiyatlarından aldığı Sovet istehsalı olan qırıcıları Ukraynaya təhvil verməyə icazə verib.
AzVision.az bu barədə "Der Spiegel"ə istinadən xəbər verir.

Polşa bundan əvvəl Berlindən Ukraynaya MiQ-29 qırıcılarının tədarükünə icazə verməsini xahiş etmişdi. Buna cavab olaraq Almaniya hökuməti bu gün qərar verəcəyini vəd edib.

Polşa artıq mart ayında elan etmişdi ki, Rusiyanın hücumuna qarşı Ukraynaya Sovet istehsalı olan MiQ-29 qırıcıları verəcək. Ancaq əvvəlcə keçmiş ADR ehtiyatlarından olan təyyarələr çatdırılmadır.

Xatırladaq ki, Polşa artıq dörd MiQ-29 təyyarəsini Ukraynaya təhvil verib.

AzVision.az


Teqlər:





Xəbər lenti