Patruşev Nalçikə gedir: Gündəm Şimali Qafqazda təhlükəsizlik

      Patruşev Nalçikə gedir:    Gündəm Şimali Qafqazda təhlükəsizlik
  13 Aprel 2023    Oxunub:1331
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kabarda-Balkar Respublikasına səfər edəcək.
Nalçikdə o, Şimali Qafqaz Federal Dairəsinin regionlarında əlavə təhlükəsizlik tədbirləri ilə bağlı müşavirə keçirəcək. Burada Rusiya Prezidentinin regiondakı səlahiyyətli nümayəndəsi Yuri Çayka, subyektlərin rəhbərləri, federal nazirlik və idarələrin nümayəndələri iştirak edəcəklər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi mütəmadi olaraq müxtəlif federal dairələrdə aktual təhlükəsizlik məsələlərinə dair görüşlər keçirir. Əvvəlki belə tədbir Volqa bölgəsindəki vəziyyətə həsr olunmuşdu.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti