Şahzadə Harri atasının tacqoyma mərasimində iştirak edəcək

Şahzadə Harri atasının tacqoyma mərasimində iştirak edəcək
  12 Aprel 2023    Oxunub:1086
Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harri atası Kral Çarlzın tacqoyma mərasiminə qatılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Bukingem Sarayından verilən açıqlamada qeyd edilib. Lakin Harrinjn həyat yoldaşı Susseks hersoginyası Meqan Marklın Kaliforniyada Şahzadə Arçi və Şahzadə Lilibetlə qalacağı bildirilib.

Açıqlama cütlüyün tacqoyma mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı son fərziyyələrdən sonra edilib.

Qeys edək ki, Böyük Britaniyanın kralı III Çarlzın tacqoyma mərasimi mayın 6-da keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti