3 erməni hərbçi öldürülüb, xüsusi təyinatlı korpusun komandiri yaralanıb

    3 erməni hərbçi öldürülüb,   xüsusi təyinatlı korpusun komandiri yaralanıb
  11 Aprel 2023    Oxunub:1656
Xəbər verdiyimiz kimi bu gün Ermənistan ordusu Azərbaycanla sərhəddə təxribat törədib. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var.
“Hraparak” nəşrinin yaydığı məlumata görə, Ermənistan Müdafiə Nazirliyi artıq faktı təsdiqləyib.

Hərbçilərimiz şəhid oldu
Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri polkovnik Armen Gözəlyandır.

Onun vəziyyəti ağırdır. A.Gözəlyan Gorusda yerləşən tibb mərkəzində cərrahiyyə əməliyyatı olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti