Süni zəka Küveytdə aparıcılıq edəcək
![Süni zəka Küveytdə aparıcılıq edəcək Süni zəka Küveytdə aparıcılıq edəcək](https://azvision.az/photos/2023/04/1681213396.jpg)
"Kuwait News" mətbuata verdiyi açıqlamada süni intellekt serveri Fedhanın sınaq mərhələsində olduğunu və internetdə gündəlik xəbərləri oxuyacağını bildirib. Ağ köynək və qara pencək geyinən Fedha tanıtım videosunda sarışın olaraq görüntülənib. Rəsmilər Fedhanın "küveytliləri bir araya gətirən müxtəlifliyi əks etdirdiyini" söyləyib.
Süni zəka media orqanının "Twitter" hesabından gündəlik xəbər bülletenlərini təqdim edəcək. Onun zamanla Küveyt ləhcəsi ilə danışması planlaşdırılır. Tanıtım videosunda aparıcı "Mən Küveytdə "Kuwait News"da süni intellektlə işləyən ilk aparıcı Fedhayam. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi eşidək" deyib.
Aytən Zəhra
AzVision.az
Teqlər: