"Azan azərbaycanlı Annanın ötən ay ziyarət etdiyi evə gedibmiş" - Hraparak

   "Azan azərbaycanlı Annanın ötən ay ziyarət etdiyi evə gedibmiş" -    Hraparak
  11 Aprel 2023    Oxunub:1490
Azərbaycanlı əsgərin azaraq getdiyi erməni evində bir ay əvvəl Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan qonaq olub. AzVision.az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.
Nəşr yazır ki, bir neçə azərbaycanlı Sisian icmasına qədər gəlib çıxıb və Bnunisdə Qasparyanlar ailəsinin qapısını da döyüblər.

"Sisian polisi xəbəri təsdiqləyib. Amma asayiş keşikçiləri mövzu ilə bağlı bütün günü susublar. Azərbaycanlıların bizim sərhədçilərdən necə yan keçməsi, ərazidə sərhədçinin olub-olmadığı bəlli deyil", - məqalədə yazılıb.

İki hərbçimiz itkin düşüb
Müəllif yazır ki, qapını Şoqik xanım açıb və o, həmin şəxslərin erməni olmadığından şübhələnərək polisə xəbər verib: "Daha sonra hüquq-mühafizə orqanları Aşotavanın digər qəsəbəsində azərbaycanlılardan birini tutaraq Sisian polis şöbəsinə aparıblar. Digərləri isə yoxa çıxıblar. Həmin azərbaycanlı Aşotavanda da bir neçə evə baş çəkib, sakinlərlə söhbət edib. O, 3 gün Ermənistanda dolaşdığını və meşələrdə qaldığını bildirib. Daha iki azərbaycanlının da ərazimizdə azdığının doğru olub-olmadığını soruşduqda, Sisian polis şöbəsi cavab verdi ki, “Kim deyib ki, 3-dür, bəlkə də 6 nəfər olublar. Təfərrüatları verə bilmərik”. Həmin azərbaycanlı polisə bildirib ki, ərazimizə azıb keçib. O, Milli Təhlükəsizlik Xidmətinə təhfil verilib. Maraqlıdır ki, Bnunisdə olan azərbaycanlı 44 günlük müharibədə həlak olan Qor Qasparyanın evinə də gəlibmiş Hansı ki, burada cəmi bir ay əvvəl baş nazirin həyat yoldaşı Anna Akopyan qızı ilə birlikdə qonaq olub. Qasparyan ailəsi isə baş verənləri sadəcə təsadüf hesab etmir. Onlar müxtəlif fərziyyələri müzakirə edirlər”.

Qeyd edək ki, Ermənistan dünəndən etibarən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri haqda müxtəlif uydurmalar tirajlayır.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti