ABŞ nüvə hazırlığı ilə bağlı təlimlərə başlayır

   ABŞ nüvə hazırlığı ilə bağlı təlimlərə başlayır
  11 Aprel 2023    Oxunub:1112
ABŞ Silahlı Qüvvələri nüvə hazırlığını yoxlamaq üçün təlimlər keçirəcək.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, “Global Thunder 23” adlı təlimlər bu gündən başlayacaq.

Qeyd olunub ki, bu cür təlimlərin hər il keçirildiyi və digər ölkələrin hərəkətlərinə cavab olmadığı vurğulanır.
Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının artırılmasının qiymətləndirilməsidir.

ABŞ Silahlı Qüvvələrinin illik Strateji Komandanlığının mətbuat xidmətindən bildirilib ki, təlimlərdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək.
Təlim zamanı bombardmançıların uçuşlarının sayı artırılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti