Tayvan hərbçiləri adaya yaxınlaşan 91 Çin təyyarəsini qeydə alıb

Tayvan hərbçiləri adaya yaxınlaşan 91 Çin təyyarəsini qeydə alıb
  11 Aprel 2023    Oxunub:982
Tayvan hərbçiləri son sutkada adaya bitişik ərazidə Çin Xalq Azadlıq Ordusunun (AXO) 91 təyyarəsi və 12 gəmisini qeydə alıb.
AzVision.az xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat yayıb.

İddiaya görə, 54 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasının cənub-qərb və cənub-şərq sektorlarına düşüb. Onların arasında Çin qırıcıları, bombardmançı təyyarələr, radar kəşfiyyat təyyarələri və pilotsuz uçan aparat da olub.

"Hazırda Çin Xalq Azadlıq Ordusunun 8 gəmisi hələ də Tayvan ətrafındakı sulardadır. Biz onların hərəkətlərini yaxından izləməyə davam edəcəyik", - bəyanatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti