Məxfi sənədlərin sızmasından sonra Kiyev hərbi planlarını dəyişib

   Məxfi sənədlərin sızmasından sonra Kiyev hərbi planlarını dəyişib
  10 Aprel 2023    Oxunub:1011
ABŞ-da Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti ilə bağlı məxfi sənədlərin sızması səbəbindən Kiyevdə hərbi planlara yenidən baxılıb.
Bu barədə Amerikanın CNN telekanalı mənbəyə istinadən məlumat yayıb. “Ukrayna informasiya sızması səbəbindən bəzi hərbi planlarına düzəlişlər edib”, - nəşr yazır.

Bununla yanaşı, jurnalistlər Kiyevdə hansı konkret niyyətlərdən imtina edildiyini açıqlamırlar. Bundan əvvəl sosial şəbəkələrdə silahların tədarükü qrafikləri, qoşunların sayı və digər məxfi hərbi məlumatlarla bağlı müxtəlif sənədlər peyda olub. Pentaqon hadisəni araşdırdıqlarını əmin edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti