Türkiyənin müdafiə sənayesinin büdcəsi 75 milyard dollara çatacaq
![Türkiyənin müdafiə sənayesinin büdcəsi 75 milyard dollara çatacaq
Türkiyənin müdafiə sənayesinin büdcəsi 75 milyard dollara çatacaq](https://azvision.az/photos/2023/04/16811360415757923512_1200x630-1681136918.jpg)
“Müdafiə sənayesi layihələrinin sayı 62-dən 750-yə, kompaniyaların sayı isə 56-dan 2 min 700-ə yüksəlib. 2002-ci ildə biz hakimiyyətə gələndə 5,5 milyard dollarlıq müdafiə layihəsi üzərində işlər gedirdi. Hazırda bu rəqəm 60 milyard dolları ötüb. Tenderlər mərhələsində olan layihələr nəzərə alınsa, gələcəkdə müdafiə sənayesi büdcəsini 75 milyard dollara çatdıracağıq”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, maliyyələşmənin artırılması bütün sahələrdə yeni sıçrayışlara səbəb olacaq. “Biz müdafiə sahəsində xarici asılılığın nəzərəçarpacaq dərəcədə azaldılmasına nail olmuşuq. Hazırda yerli və milli istehsalımız 80 faizə çatıb. Biz nəinki texnika, eyni zamanda sursat da istehsal edirik. Məhsullarımıza həm daxildə, həm də ölkə xaricində tələbat var”, - deyə Türkiyə Prezidenti əlavə edib.
AzVision.az
Teqlər: