Tramp: “Demokratlar seçkiləri saxtalaşdırmaq üçün məhkəmədən istifadə edirlər”

      Tramp:    “Demokratlar seçkiləri saxtalaşdırmaq üçün məhkəmədən istifadə edirlər”
  10 Aprel 2023    Oxunub:900
ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, demokratlar 2024-cü il prezident seçkilərini saxtalaşdırmaq üçün ABŞ-ın korrupsiyalaşmış məhkəmə sistemindən istifadə edirlər.
Bu barədə Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb. “Biz valyuta standartımızı itiririk və rəhbərlikdə olan bu axmaq insanlarla müharibəyə girəcəyik. Onlar yalnız dezinformasiyada və seçki saxtakarlığında mahirdirlər”, - Ağ Evin keçmiş rəhbəri bildirib.

Daha əvvəl sosial şəbəkədə Donald Tramp yenidən “Üçüncü Dünya müharibəsi” haqqında danışıb. 76 yaşlı Tramp yalnız “Üçüncü Dünya müharibəsi” sözlərini yazaraq yeni beynəlxalq münaqişənin başlanacağı barədə xəbərdarlıq edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti